ÖMRÜN PƏRİŞAN GÜNLƏRİ

02.03.2017
 
 
ÖMRÜN PƏRİŞAN GÜNLƏRİ
 
Açılıb gülsün, əzizim, hər çəmən, hər laləzar,
Solmasın, yavrum, a Leyla, novbaharın gülləri.
Şerimin qəlbi qədər qoy saf olub gülsün həyat,
Oxşasın hər ruhu, qəlbi gülşənim bülbülləri.
Özgə bir aləm olub hökm eyləsin hər ürəyə,
Ellərin məsum həyatı, çöllərin sünbülləri.
Nə rəvadır bir qızın fikriylə məhv olsun bəşər!
Qıyma boğsun Vurğunu ömrün pərişan günləri.
1928
 
SƏMƏD VURĞUN, SEÇİLMİŞ ƏSƏRLƏRİ,  BEŞ CİLDDƏ I CİLD "ŞƏRQ-QƏRB" BAKI-2005
 Milli Kitabxana

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar