QURBAN OLUM

15.05.2017
 
QURBAN OLUM
 
Yaxşı-yaman anlayanın
Diqqətinə qurban olum.
Haqq üçün candan keçənin
Qeyrətinə qurban olum
 
Qaynayanda daşmayanın
Doğru yolu çaşmayanın
Öz həddini aşmayanın
Sərhəddinə qurban olum.
 
Gözəl ola, izməti zər,
Hər baxışım ələk-mənzər
Aşiqinə sala nəzər
Düz əhdinə qurban olum
 
Bir könül bir könülündür
İstər ağlat, istər güldür
Məhəbbət bir pak ülvidir
Xilqətinə qurban olum.
 
İmran deyər vəfadarın
Düz ilqarlı insanların
Anam kimi anaların
İsmətinə qurban olum!
 

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar