SƏNƏT
Düyünlü dağları köklindon vuran
Əmək cəbhəsində “amansız”* duran,
Əqrəbli çöllərdə bağ-bostan quran,
Zəhməti güldürən sənət olacaq.
Azəri yurdunun zəhmətkeş oğlu,
Ürəyi sevinclə, ümidlə dolu,
Çolikdən ' duruşu, dəmirdən qolu,
Zəhməti güldürən sənət olacaq.
Ey göylər suları, sən boşalma, dol!
Tutduğun çiçəkli, reyhanlı bu yol,
Hər qəlbə sevinclər vəd edər bol-bol,
Zəhməti güldürən sənət olacaq!
[1927]
SƏMƏD VURĞUN, SEÇtLMtŞ ƏSƏRLƏRt,BEŞ CİLDDƏ ICİLD "ŞƏRQ-QƏRB" BAKI-2005