Şayәstәdir, ey mürşidi-kamilim

26.02.2017
Aşıq Pәrinin Mәhәmmәd bәyә cavabı:

Şayәstәdir, ey mürşidi-kamilim, 
Dostlar arasında etibar ola. 
Şair odur ustadından dәrs ala, 
Ziddü cinsi rәdifi-pәrgar ola.

Cәvabi-xәttindәn olmuşam xoşhal, 
Әrz edәrәm qulluğuna vәsfi-hal, 
Şan ilә şövkәtin olsun bizәval, 
Gәrәk xidmәtindә xidmәtkar ola.

Mailәm hüsnünün xoşca rәnginә, 
Yetә bilmәn tәcnisinin dәnginә, 
Sәni sallam müәşşәrin cәnginә, 
Arif bu yerlәrdәn xәbәrdar ola.

Pәri idim eşq içindә aşikar, 
Aralıqda yaxşı olur sәbәbkar, 
Bu cәng meydanında eylәrәm şikar, 
Әgәr Mәhәmmәd tәk sәd hәzar ola.
 
Aşıq Pәri bu şiirini  Mәhәmmәd bәy'ın aşağıdaki şiirine cevap olarak yazmıştır.
 
 Aşıq Pәriyә 

Tәxәllüs nә lazım, ey Aşıq Pәri, 
Bir kәs ki, mehrdәn xәbәrdar ola? 
Könüldәn könülә yollar görünür, 
Әlavә, nә hacәt, aşikar ola?

Xoş yaradıb sәni ustadi-әzәl, 
Hüsnü vәcahәtdә yekta, bibәdәl, 
Dızaq mahalında sәnin tәk gözәl-- 
Hәqdәn istәmişәm bәrqәrar ola.

Әhli-halı görmәk istәr әhli-hal, 
Müzayiqә etmә, gәr olsa macal. 
Sәnin tәk dәrdmәnd olmayan mahal, 
Görüm ki, dağılıb tarümar ola.

Belә işin nә lәzzәti, nә dadı, 
Xublar bilә görәk aşnanı-yadı, 
Çәkәsәn ağuşa bala Fәrhadı, 
Şirin didarına intizar ola.

Ağlını cәm eylә, olma sәrsәri, 
Sәndә yoxdur eşqbazlıq әsәri, 
Fәhmü fәrasәtdә yüz sәn tәk Pәri 
Gәrәkdir Mәmmәdә xidmәtkar ola.

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar