ŞEİR

02.03.2017

 
ŞEİR
 
O axşam gəldim sizə,
Nə hörmət etdin bizə?
Bir durarıq diz-dizə,
Qanında yox hərarət.
Eşqimi qanmadınız,
Heç də inanmadınız;
Neçin utanmadınız?
Heç satılırmı afət?
Bir şairəm yaralı,
Sevdiyimdən aralı;
Siz satdınız maralı,
Mən çəkirəm xəcalət.
Dağlardakı saf suyam,
Eşqimin yolçusuyam.
Demirəm ki, qoçuyam,
Yerində dur farağat!
1928
 
 
SƏMƏD VURĞUN, SEÇİLMİŞ ƏSƏRLƏRİ,  BEŞ CİLDDƏ I CİLD "ŞƏRQ-QƏRB" BAKI-2005
 Milli Kitabxana

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar