:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
Zaman axıb gedir, ömür tükənir,
Təqvimdən vərəqlər, bir- bir tökülür.
Mənimlə ağlayır yenə də payız,
Ürəkdənn ümidlər qopur, sökülür...
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;::::::::
Nə zaman qəlbimə bahar gəldisə,
Tələsik özünü yetirdi payız.
Saralan duyğular xəzəl olduqca,
Leysan yağışları töküldü saysız...
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
Vüsalın yolları görünməz olub,
Fələk yollarıma çəkib sədləri.
Ürəyim bir köhnə məzarlıq olub
Nə qədər arzumun var cəsədləri ..
.......................................................
Kəfənsiz dəfn etdim xeyallarımı,
Sevgimin cücərən, şirin çağında..
Hansı birisini söyləyim indi...
Hələ də qalmışam hicran dağında...
""""""""""""""""""""""""""""""""""""""""""""
Bir yol sevinmədi pərişan könlüm,
Bir ürəkdolusu sözüm olsa da...
Daha vüsalına, gümanım yoxdur,
Sevdiyim adamda gözüm qalsa da....
.................................................,,,,
.................................................,,,,
Esa Resmi Hesap
8 years ago
Seferi (Nurcan Bedir Ören)
8 years ago
Hüsnü Özdilek
8 years ago
Seadet Rzayeva
8 years ago
Seadet Rzayeva
8 years ago
Seadet Rzayeva
8 years ago
Seadet Rzayeva
8 years ago
Harika Ufuk
7 years ago