SIRLAR HAZİNESİ HAZRETİ MUHAMMEDE GÖZELLEME

01.03.2017
 
SIRLAR HAZİNESİ HAZRETİ MUHAMMEDE GÖZELLEME
 
 
PEYĞƏMBƏRLƏRİN SONUNCUSU HƏZRƏT
MƏHƏMMƏDƏ GÖZƏLLƏMƏ
 
Birinci nəqş edilmiş "Əlif" oxu lövhədə,
Ağ pərdəli qapıda qismət oldu Əhmədə.
Qüdrət, səltənət verdi "Əlif "hey" həlqəsinə,
"Dal"-dan gərdənlik aldı, "Mim"-dən kəmər özünə.
"Əlif', "dal" ilə "mim" də tapdı həyat qüvvəsi,
Bir dövlət dairəsi, bir kamal xəzinəsi.
Firuzədən yapılmış bu əngin mavilikdə,
Cənnət qəsrindən gələn turuncdu tazəlikdə.
Turuncun da dünyada öz adəti, dəbi var:
Öncə meyvə gətirər, sonra çiçək, gülbahar.
Onun oldu birinci peyğəmbərlik bayrağı,
Son peyğəmbər olmağın şərafəti, növrağı.
Möhür kimi verildi Məhəmmədə yeni Ay, 120
Hansı zəbərcəd qaşlı üzük olar ona tay?
Cahanın qulağında onun "mim" həlqəsi var,
Ona təslim həlqəsi iki dünyadır aşkar.
O - sahəölçən ağa, Məsih - ona qulluqçu,
O - Tanrının elçisi, Bu - yalnız muştuluqçu.
Təhsili olmasa da o, çox yüksəkdir, inan,
"Əlif' ilə Adəmdən, "mim" ilə Məsihadan.
Sədaqətdə, vəfada "əlif' gördülər onu,
Peyğəmbərliyin başı, peyğəmbərliyin sonu!
Məhəmməddir aləmin ən işıqlı nöqtəsi, 125
Bütün deyilmişlərə nöqtə qoyub nüktəsi.
Cahana baş əyməyən kamil kişi olsa da,
Öyünməkdən, kibrdən uzaq gəzdi dünyada.
Şan-şöhrət tapdı "ədəb" gələndə onun səsi,
Fələklər, kəhkəşanlar - kəmərinin düyməsi.
Onun hərəm evində pərdəçidir hurilər,
Ürəyindən su içir ismət, ləyaqət, hünər.
Silir günahı gözdən türbəsini ziyarət,
Xərac aldı Məkkədən onun düşdüyü qürbət.
Susması könüllərə işıq salan zəriflik, 130
Qüsurlara od vurar ondakı eşq, ariflik.
Fitnə yaratmağıyla könüldə eşq oyadar,
Ona heyran olmayan məgər bir insanmı var?
İnsanlığın ən böyük başçısı, xeyirxahı,
Ağır başlı, vüqarlı, çevik yürüşlü dahi!
Odur əzəl dərsini əbədəcən oxuyan,
Canını çıraq edib, Tanrı nurunu yayan.
Feyzindən yardım dilər Günəşin nur qaynağı,
Ayı merac gecəsi şaqqaladı barmağı.
135 Darısqal kökslərə o asiman doldurub,
 Karvanqıran ulduzun köhləninə nal vurub.
Eşidəndə ki, gəlir, dönür meracdan geri,
Yedəklədi Boz atı sənət süvariləri.
Atının yəhərindən yapışmaq səadəti,
Nizaminin qisməti. Gec yetişdi növbəti.
 
Farsçadan türcüme edeni Xəlil Rza Ulutürk, NİZAMİ GƏNCƏVİ SİRLƏR XƏZİNƏSİ 'LİDER"NƏŞRİYYAT" BAKI-2004 -  Bu əsər "Nizami. Lirika. Sirlər xəzinəsi. Şərəfnamə " (Bakı, Yazıçı, 1988) kitabı əsasında təkrar nəşrə hazırlanmışdır
 
https://www.anl.az/el/n/ng_x&sh.pdf
 
https://www.azadliq.org/a/24911320.html

0

1

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar