Soylə,ey gül,hansı bağın sən güli-rənasısan?
Soylə,ey gül,hansı bağın sən güli-rənasısan?
Hansı gülzari-behiştin sərvisən,tubasısan?
Açma zülfün,ətrlə bihuş edersən aləmi,
Çünki sən dəşti-Xətanın ənbəri-sarasısan.
Nazənin canan,gozəllər qarşı durmaz ruyinə,
Cümləsindən sən gozəlsən,hamının əlasısan.
Bağbanın kimlər olmuş?Gozlərin heyranıyam,
Sən məgər gülzari-hüsnün nərgizi-şəhlasısan?
Görməyincə gül üzün,cismimdə qalmaz taqətim,
Ruhusan,guya bu miskin aşiqin əzasısan.
Mən kimi minlərcə Məcnunlar əsirindir sənin
Söylə,yarım,doğru söylə,sən kimin Leylasısan?
Inciməz,Vahid,o gül ahu feğanindan sənin,
Sən gözəllər bağının bir bülbüli-şeydasısan.