ŞUŞA

02.03.2017

 
ŞUŞA
 
Qoynuna girməyə qalmışdır bir az,
Könül fərəhlənib eylədi pərvaz;
Ölməyib görəydim seyrini hər yaz,
Səndə vardır başqa lətafət, Şuşa!
Dağlarından qopar havalı yellər,
Ah, o sərin yellər, səfalı yellər;
Dağıdıb huşumu divanə eylər,
Vüsalın hər kəsə səadət, Şuşa!
Xırdaca-xırdaca yağışin yağar,
Çən-çisək içindən günəşin doğar,
Bir ağız bir bulaq suyunu soğar*
,
Eyləyirsən yenə qiyamət, Şuşa!
Bir əcəb gülşəndir torpağın, daşın
Dumanlı dağlardır həyat yoldaşın,
Bir ağrı gördümü ömründə başın,
Ey fitrən xəlq olmuş təbabət, Şuşa!
1926
 
SƏMƏD VURĞUN, SEÇİLMİŞ ƏSƏRLƏRİ,  BEŞ CİLDDƏ I CİLD "ŞƏRQ-QƏRB" BAKI-2005
 Milli Kitabxana

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar