Sәni tarı, mәndәn olma mükәddәr,

26.02.2017

Vәsfi-dilbәr babında Molla Pәnah Vaqif sәbkindә yazdığı mürәbbeatdır:

Sәni tarı, mәndәn olma mükәddәr, 
İncimә, bu dilin viranı sәnsәn!
Neylәrәm dünyanı, әzizim, sәnsiz, 
Bilirәm dәrdimin dәrmanı sәnsәn!

Gözәldir camalın, hüsnündür cәmil, 
Ölmәdim hicrindә, qalmışam xәcil, 
Başın üçün, ey gül, dolanım yüz il, 
Könlümün mülkünün sultanı sәnsәn.

Vamiqin Әzrayә var idi meyli, 
Onunçün axardı gözündәn seyli, 
Yusifin Züleyxa, Mәcnunun Leyli, 
Mәnim dә canımın cananı sәnsәn.

Hәr nә ki, әrz etdim, ona yetmәdin, 
Şad elәyib bizi gәlib-getmәdin, 
Könlüm alıb bir yol qәbul etmәdin, 
Bu qәdәr çәkdiyim amanı sәnsәn.

Pünhanı baxışın alıbdır canı, 
Cadu qәmzәlәrin vermәz amanı, 
Tarı hifz elәsin nuki-mücganı, 
Aşiqin qatili-pünhanı sәnsәn!

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar