TÖVBӘNAMӘ

26.02.2017
TÖVBӘNAMӘ

Ey xuda, sәnә әyandır ki, vәfadaram mәn, 
Tutduğum işlәri yad eylәyib ağlaram mәn. 
Leyk bu nәfsin әlimdәn hәmәvәqt zaram mәn, 
Әliboş, üzüqara, bәndeyi-biaram mәn. 
Hәr na tәnbeh edәsәn, ona sәzavaram mәn, 
Gәlmişәm dәrgәhinә, labüdü naçaram mәn. 
Rәhm qıl, bari-xudaya ki, günәhkaram mәn, 
Asiyü bәdәmәlü-rusiyәhü xaram mәn.

Gәrçi dünyayә gәlib gәzdimü getdim biçiz, 
Vermәdim xeyrü şәrә zәrrәcә tәşxisü tәmiz. 
Artdı hirsim mәrәzi, etmәdim әsla pәrhiz, 
Dәxi bundan sora yoxdur mәnә bir rahi-güriz. 
Nә әmәl riştәsi var әldә, nә bir dәstaviz, 
Eylәdim xәlq ilә nahәq yerә pәrxaşü sitiz. 
Rәhm qıl, bari-xudaya ki, günәhkaram mәn, 
Asiyu bәdәmülü rusiyәhü xaram mәn.

Hәr nә iş tutdum isә, cümlә bәdü bәdhәrәkәt, 
Etmәdim şükri-hәyat, eylәmәdim fikri-mәmat, 
Bu dәni dәhrdә bihudә keçirdim övqat, 
Şimdi rehlәt dәmidir, qalmışam avarәvü mat, 
Şәrmsari-günәhәm, ah, әlim bisövqat, 
Yetmәyim mәqsәdә bu vәch ilә heyhat, heyhat! 
Rәhm qıl, bari-xudaya ki, günәhkaram mәn, 
Asiyü bәdәmәlü rüsiyәhü xaram mәn.

Ya rәb, indi mәn öz әhvalıma heyranam çox, 
Qәzәbü qәhrin edib fikr, hәrasanam çox, 
Bilib etdiklәrim әfalә peşimanam çox, 
Bilmәyib sәhvü qәlәt işlәrә giryanam çox. 
Kәrәmü lütfünü çox izz ilә cuyanam, çox, 
Qüssәdәn şamü sәhәr zarü pәrişanam çox, 
Rәhm qıl, bari-xudaya ki, günәhkaram mәn, 
Asiyü bәdәmәlü rusiyәhü xaram mәn.

Tövbә, ya rәb, bu qәdәr bәd әmәlimdәn tövbә! 
Mәsiyәt rahinә hәm get vә gәlimdәn tövbә! 
Hәr xilaf olmuş isә sınmış әlimdәn, tövbә! 
Dәxi bundan sora mәkrü dәğәlimdәn tövbә! 
Eylәrәm sidq ilә mәn piş әz--ölümdәn tövbә! 
Hәr xәta çıxmış isә bir dә dilimdәn, tövbә! 
Rәhm qıl, bari-xudaya ki, günәhkaram mәn, 
Asiyü bәdәmәlü rusiyәhü xaram mәn.

Bilmәz idim ki, bu alәmdә olur zar olmaq, 
Nә ölüm var, nә qocalıq, nә dә bimar olmaq. 
Adәtim hәr xәmi-gisuyә nigunsar olmaq, 
Mayili-lәli-lәbü aşiqi-ruxsar olmaq, 
Valehi-xalü xәtü heyrәti-didar olmaq, 
Yar әğyar olub, әğyarım ilә yar olmaq, 
Rәhm qıl, bari-xudaya ki, günәhkaram mәn, 
Asiyü bәdәmәlü-rusiyәhü xaram mәn.

Bәli, mәsdud olub şimdi mәnә rahi-xilas, 
Çünki lazım düşüb üsyanә şәriәtdә qisas. 
Qüdrәtü hikmәti-hәqdәn görünür böylә xәvas-- 
Kim, görә ruzi-cәza hәr kişi felinә xilas, 
Sәn özün dadә yet ol gündә ki, nә amü nә xas, 
Nә kәrәm әhli yetәr dadә, nә әhli-ixlas. 
Rәhm qıl, bari-xudaya ki, günәhkaram mәn; 
Asiyü bәdәmәlü rusiyәhü xaram mәn.

Nәfsi-әmmareyi-sәrkeş gәtirib әqlimә zur, 
Cism ilә canı tutub mәrtәbeyi-kibrü qürur. 
Әmәlim lәğv, işim mәzlәmә, şüğlüm şәrü şur, 
Gәlmişәm dәrgәhә bainhәmeyi-eybü qüsur, 
Dәxi, ya rәbb, dәrindәn mәni sәn eylәmә dur. 
Qoymadı hirs, tamah gәrdi dәxi didәdә nur, 
Rәhm qıl, bari-xudaya ki, günәhkaram mәn, 
Asiyü bәdәmәlü rusiyәhü xaram mәn.

Müxtәsәr, hәr nә әmәl eylәdim oldum nadim, 
Hirs qıldı mәni hәr nakәsi-duna xadim. 
Nәfs ucundan nә bәla çәkdi dili-pürbadim, 
Şimdi nә bir әmәlim әldә, nә var bir zadim, 
Tapmadım bir kәrәm әhli ki, edә imdadim, 
Sәn özün dadimә yet, barı eşit fәryadim. 
Rәhm qıl, bari-xudaya ki, günәhkaram mәn, 
Asiyü bәdәmәlü rusiyәhü xaram mәn.

Nә dilim var ki, sәni cürәt edib yad qılım, 
Nә üzüm var sәnә sarı tutuban dad qılım.
Nә sözüm var özümü ol söz ilә şad qılım, 
Dili-bәrbadı nә ümmid ilә abad qılım? 
Nә edim canımı bu vәrtәdәn azad qılım, 
Çarә oldur ki, yenә bu sözü övrad qılım, 
Rәhm qıl, bari-xudaya ki, günәhkaram mәn, 
Asiyü bәdәmәlü rusiyәhü xaram mәn.

Bir neçә il özümü eşqә müqәyyәd qıldım, 
Gahi Aşiq adımı, gah Mәhәmmәd qıldım, 
Mәşqi-әbruyi-xәtü xal ilә mürtәd qıldım, 
Şiveyi-mehrü mәhәbbәtdә böyük sәd qıldım. 
Rövşәni-eşqdә Mәcnunә dәxi rәd qıldım, 
Hәr nә iş tutdum isә, cümlәsini bәd qıldım. 
Rәhm qıl, bari-xudaya ki, günәhkaram mәn, 
Asiyü bәdәmәlü rusiyәhü xaram mәn.
 
https://www.zengilan.com/edebiyyat.php?subaction=showfull&id=1353302144&archive=&start_from=&ucat=6&
 

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar