TƏRLANIM

02.03.2017

TƏRLANIM
Tərlanım, tərlanım, gözəl tərlanım!
Sənə qurban olsun bu Düşgün canım.
Görünsə gözünə bivəfa xanım,
De ki, Vurğun gədalara dönübdür,
Tərlanım, tərlanım, bir qalx havaya,
Bir yazığın gəlsin mən binəvaya,
Məni əğyara satan o bivəfaya
De ki, Vurğun gədalara dönübdür.
Tərlanım, tərlanım, artıbdı qəmim,
Dəryayi-eşqində qərq oldu gəmim.
Görünsə gözünə xəyal həmdəmim.
De ki, Vurğun gədalara dönübdür.
Bir gün məni lap boğurdu hicran,
Hicran deyə bir səyahət etdim...
Yarəb!.. Nə yazıq olarmış insan,
Boynum bükük ol məkanə getdim;
Baxdım, onu görmədim o yerdə,
Sordum deyən olmadı ki, nerdə?...
Ey vah, o xəyal pərisi nolmuş?
Ömrüm qəmü-həsrət ilə dolmuş...
Röyamı, nədir bu gördüyüm, ah?!
Xülyamı, nədir bu aləm, ey vah!?
Artıq günəşin ziyası sönsün,
Artıq bu diyar məzara dönsün!
Əflakı†
 ahım dumanı sarsın,
Varlıq sürüşüb zavala varsın!
 
SƏMƏD VURĞUN, SEÇİLMİŞ ƏSƏRLƏRİ,  BEŞ CİLDDƏ I CİLD "ŞƏRQ-QƏRB" BAKI-2005
 Milli Kitabxana

 
 

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar