Ustadi-әzәldәn dәrsim almışam,

26.02.2017
Ustadi-әzәldәn dәrsim almışam, 
Mailәm hәr yerdә qövğayә, Pәri! 
Ziddü cinsi-rәdif sözün danışma, 
Mәn desәm, düşәrsәn ah-vayә, Pәri!

Әlindәki badә olsun, saz olsun, 
Hәrәkәtin işvә olsun, naz olsun, 
Yekә yerdәn danışmağın az olsun, 
Düşәrsәn bir dәrin dәryayә, Pәri!

Müәşşәrin hәr bәndindә naçarsan, 
Mәn açmaram, yenә özün açarsan, 
Bu işindәn yәqinimdir qaçarsan, 
Axırda Mәlikә, Mirzayә, Pәri!

Qafiyә gәrәkdir ola dilpәsәnd, 
Nә ki, belә mәğşuş ola dәrdmәnd. 
Bilmirәm ki, sәnә elәyim rişxәnd, 
Yoxsa onu yazan mollayә, Pәri!

Lәblәrin müsәffası Aşiqi, 
Dәhanının müәmması Aşiqi, 
Siyәh zülfün tәmәnnası Aşiqi 
Salıbdır bir uzun sövdayә, Pәri!
 
Mәhәmmәd bәyin Aşıq Pәriyә cavabı:
 
 

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar