UZAQLARA DOĞRU
Arkadaş, deyirlər Əfqanda, Çində
İnsanlar boğulur qanlar içində.
Yenə də hökm edir xain istismar,
Ağrıyan başlarm bəlaları var.
Hər gün yeni bir dərd, yeni bir ələm,
Qartal pəncələrdə qəhr olur aləm.
Qəhr olur insanlıq, qəhr olur insan.
Get-gedə tərk olur, alçalır vicdan;
Həm də, gözdən iraq, gəlinlər qızlar
Əlləri qoynunda zarıyar, sızlar;
Sızlar qoca Şərqin məhkum yavrusı
Çoxunun bir parça əkmək* qayğusu
O qarlı dağlara kim açacaq yol?
Komsomol... komsomol... yalnız komsomol...
1928
SƏMƏD VURĞUN, SEÇtLMtŞ ƏSƏRLƏRt,BEŞ CİLDDƏ ICİLD "ŞƏRQ-QƏRB" BAKI-2005