Yanında dilbərimin etibarım olmasa da ,
Yenə qəmin çəkərəm , qəmküsarım olmasa da.
Bədəndə yarı canım qalmayıb , gedib yarım ,
Gərək dözəm qəmi - hicranə , yarım olmasa da.
Günüm ki , tar olub o zülf əlindən , ey tari ,
Tərənnüm eylə , səni tari , tarım olmasa da.
Üzün xəyali bəsimdir behişti - kuyində ,
Yüz il xəyalıma gəlməz , baharım olmasa da.
Ləbinlə məst gözün hər düşəndə xatirimə ,
Şərabə rəğbətim artır , xumarım olmasa da.
Mənim bir ahim ilə şəmlər yanır gecələr ,
Toxunma , şöleyi - eşqəm , şərarım olmasa da.
Kəməndi - zülfilə , Vahid , özüm şikar oldum ,
Mənim o ahu baxışlı şikarım olmasa da.