ZEYNAL

02.03.2017
ZEYNAL
 
Köhnə bir evciyəz gördüm, içi toz, torpaq,
Sökük divarları var hisli, paslı.
Önündə bir baca, içində çılpaq
O səfalətzadə uyuyur yaslı...
* * *
Elə bir yasli ki, daima xəndan.
Mavi gözlərinin ufuklar kadar
Varsa incəliyi, yenə də giryan,
Gəliyor nəzərə yenə də ağlar...
* * *
Boş deyildi, onun vardı sənəti,
Tar, kamança, tütək, qaval yapardı.
Tutur kimi saza qəmli xilqəti,
Oxuyar, bağırar, sonra yatardı.
* * *
O könül pək incə, pək də mənalı,
Baxışları vardı həp süzgün-süzgün.
Rəqib imiş ona dadlı xəyalı,
Demişdi dərdini o mənə bir gün.
* * *
Hər qürub zamanı pəncərəsindən,
Baxar üfüqlərn sanki bir xəyal...
Qayalar inlərdi onun səsindən,
Mənimdir kainat diyordu Zeynal.
 
1926
 
 
SƏMƏD VURĞUN, SEÇİLMİŞ ƏSƏRLƏRİ,  BEŞ CİLDDƏ I CİLD "ŞƏRQ-QƏRB" BAKI-2005
 Milli Kitabxana
 

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar