...əvvəl səndən tamam küsdüm.
sonra da oturdum,
dizlərimi qucdum, düşündüm
yağış yağır,
Göydən gəlir,
Yer götürür.
dolu yağır,
Göydən gəlir,
Yer götürür.
daş da yağsa
Göydən gələr,
Yer götürər.
Səni mən özüm eşqimlə göylərə çəkdim!
Nə yağdırsan götürəcəm.
 
Bahar Turkel